- Baxış sayı: 255
- 26 Fevral 2026 13:08
- Baxış sayı: 33
- Mart 02, 2026
- 0

“Esteqlal” klubunun ulduzu Munir Əl Haddadi hərbi gərginlik səbəbindən İranı tərk edib.
Allsport.az xəbər verir ki, hava məkanının qapadılması nəticəsində təyyarədən təxliyə edilən 30 yaşlı futbolçu, klubun ayırdığı avtomobillə 16 saatlıq yol qət edərək Türkiyə sərhədini keçib. Keçmiş “Barselona”lı hazırda təhlükəsiz yerdə olduğunu və yaxın saatlarda İspaniyaya yola düşəcəyini bildirib.