- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 259
- Mart 05, 2026
- 0

“Korintians”ın hücumçusu Memfis Depay, Monakonun ədliyyə strukturu tərəfindən şərti həbs cəzasına məhkum edilib.
Allsport.az xəbər verir ki, 2024-cü ilin yayında niderlandlı futbolçu “Rolls-Roys” markalı avtomobilini idarə edərkən sərxoş vəziyyətdə olub.
Qərara əsasən Depay cərimə ödəməli olacaq. O, həmçinin iki il müddətinə Monakoda sürücülük hüququndan məhrum edilib.