Ulduz futbolçu seksual xarakterli videoya görə cəzalandı

“Benfika”nın və Norveç millisinin yarımmüdafiəçisi Andreas Şelderup yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə seksual xarakterli video yaymaq ittihamı ilə şərti cəza alıb.

Allsport.az xəbər verr ki, 21 yaşlı futbolçu Kopenhagendə məhkəmə qarşısında çıxış edib.

O, intim videonu cinsi motiv olmadan, zarafat məqsədi ilə dostlarına göndərdiyini etiraf edib. Prokuror onun üçün 20 gün həbs cəzası tələb edib.

Hadisə baş verən zaman Danimarkanın “Norşellann” klubunda çıxış edən futbolçu məhkəmədə deyib:

“Mən videonu “Snapçat”da uğursuz zarafat kimi çəkdim. Onu dörd dostumdan ibarət qrupa göndərdim və beləliklə, bu uğursuz zarafatı yaydım.”

Nəticədə Şelderup bir il sınaq müddəti təyin edilməklə 14 gün şərti həbs cəzasına məhkum edilib.

Şelderup ötən həftə Norveç millisinin dünya çempionatının seçmə mərhələsində Estoniya ilə matçında (4:1) iştirak edib, İtaliya ilə oyunda (4:1) isə ehtiyat skamyasında qalıb.

Həmin kateqoriyadan