- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Böyük dəbilqə”nin təsnifat və çempionlar mərhələsində 2 qızıl medal və Paris-2024-ə lisenziya qazanan komandamız Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, taekvondoçuları Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar qarşılayıblar.
Yarışda 1-ci yer tutan Qasım Məhəmmədov (58 kq) “dördilliy”ə vəsiqə qazanması barədə bunu deyib: “Çox çətin il oldu. Sonda uğurlu nəticə qazandıq. İlin sonunda maksimum hədəfə çatdıq. “Böyük dəbilqə”də qızıl medal qazanan ilk azərbaycanlı taekvondoçu kimi tarixə düşdüm.
Məşqçimə və bizi daim dəstəkləyən federasiyaya rəhbərliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edəcəyəm. Hələ ki, İstirahət edəcəyəm. Sonra Cənubi Koreyadakı təlim-məşq toplanışına yollanaraq olimpiya oyunlarına hazırlaşacağıq”.