- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“4-cü İslam Həmrəylik oyunlarının açılışına 5 aydan bir az çox vaxt qalıb. Əsas işlərimiz bu gündən başlayır. Yarışı hazırlıq plana uyğun olaraq gedir və heç bir gecikmə yoxdur”. Allsport.az saytı xəbər verir ki, bu sözü mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Onun bildirdiyinə görə, seminar zamanı digər ölkələrin nümayəndə heyətlərinin fikirləri əsasında, həmçinin nəqliyyat, idmançıların qarşılanması, yerləşdirilməsi, dopinq məsələləri və digər mövzularda fikir mübadiləsi aparılıb:
“Çox məhsuldar bir görüş keçdiyini deyə bilərəm. Həmçinin qonaqlar üçün müxtəlif təqdimatlar da təşkil olunub. Ümid edirik ki, 57 İslam ölkəsinin idmançıları gələn ilin mayında ölkəmizdə təşkil olunacaq mötəbər yarışa qatılacaq və Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”.