- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 26-cı turunda “Zirə” və “Qəbələ” klubları 0:0 oynayıblar. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“Futbolçular qarşısına qoyulan tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək imkanımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı. Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm.
Komandanın göstərdiyi futboldan məmnunam. Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdur. Nəticə baxımından isə hər 2 komanda qələbəyə layiq idi. “Zirə” də yaxşı, dinamik futbol oynadı. Cari mövsümdə 2 oyunumuz qalıb.
Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik: ola bilər ki, biz də penalti vuraq”.