- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:03
- Baxış sayı: 121
- Dekabr 19, 2025
- 0


Beynəlxalq cüdo federasiyasının qərarı ilə, “Dünya cüdo turu” çərçivəsində 22-24 sentyabrda Bakıda “Böyük dəbilqə”nin Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.
Allsport.az saytı xəbər verir ki, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam-2023” adlandırılacaq yarış Milli gimnastika arenasında baş tutacaq. Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etməsi gözlənilir və100-dən çox ölkədə canlı yayımlanması planlaşdırılır.
BCF-in çox istisna hallarda icazə verdiyi bu hal ümummilli liderin ölkəmizdə idmanın və cüdonun inkişafına verdiyi əvəzedilməz töhfənin beynəlxalq idman ictimaiyyəti tərəfindən də tanındığını göstərir.