“Uşaq futbolunun inkişafı nazirlik olaraq başlıca vəzifəmizdir”

Suqovuşanda ümummilli lider Heydər Əliyevin xatirəsinə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası keçirilir. Allsport.az saytı xəbər verir ki, tədbiri izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da var. Yarışın gedişində o futbolla bağlı açıqlama verdi:

“Gənclər və idman nazirliyinin nəzdində olan “Ulduz” futbol məktəbi valideynlər, mütəxəssislər və idman ictimaiyyəti tərəfindən təqdir olunur. Ötən il Qubada aşağı yaş qrupları üzrə beynəlxalq yarış keçirildi. Uşaq futbolunun inkişafı nazirlik olaraq başlıca vəzifəmizdir. Bu ilin avqustunda növbəti tədbiri keçirəcəyik”.

Həmin kateqoriyadan