- Baxış sayı: 16
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA və UNICEF yeni layihəyə start veriblər. Allsport.az saytı xəbər verir ki, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.
Sosial videoçarxa 17 yaşadək qızlardan ibarət millimizin üzvləri Elvira Əsgərzadə, Həqiqət Qasımova, Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev və yarımmüdafiəçisi Qara Qarayev çəkiliblər.
Videoçarx AFFA-nın martın 15-də keçirilmiş hesabat konfransında UNICEF-in nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.
Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.