Üzgüçülüyün inkişafı üçün memorandum imzalandı

Avropa su idmanı federasiyası, Azərbaycan üzgüçülük federasiyası, Azərbaycan tibb universiteti və Azərbaycan idman akademiyası arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandum imzalanıb.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyində təşkil olunan imzalanma mərasimində nazir Fərid Qayıbov, Avropa su idmanı federasiyasının prezidenti Antonio Silva, Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev, Azərbaycan tibb universitetinin rektoru Gəray Gəraybəyli və Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.

Qeyd edilib ki, bu əməkdaşlıq çərçivəsində təhsil, elmi-tədqiqat, idman tibbi və peşəkar üzgüçülüyün inkişafına yönəlik yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan üzgüçülüyünün inkişafına mühüm töhfə verəcək bu əməkdaşlıq ölkəmizin idman sahəsində yeni imkanların açılmasına şərait yaradacaq.

Tədbir memorandumun imzalanması ilə başa çatıb.

Həmin kateqoriyadan