Vəsiqəni təmin edən 20-ci ölkə

Əlcəzair 2026-cı il dünya çempionatının seçmə mərhələsində Somaliyə səfərdə 3:0 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, qolları Məhəmməd Əmir (6, 57-ci dəqiqə) və Riyad Mahrez (19) vurub.

Əlcəzair 9 oyundan 22 xal toplayaraq “G” qrupunda birinci yeri təmin edib. Uqanda 18 xalla ikincidir. Hər qrupun qalibləri 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək mundiala vəsiqə qazanacaq, ikinci yeri tutan ən yaxşı dörd komanda isə pley-offda oynayacaq.

Əlcəzair dünya çempionatına vəsiqə qazanan 20-ci komanda oldu.

Həmin kateqoriyadan