- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Nazim Babayev uzunluğa və üç təkanla tullanma üzrə idmançıdır. Allsport.az xəbər verir ki, o, bu il Çinin Nankin şəhərində keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Boyu 1,85, çəkisi 70 kiloqram olan N.Babayev “Bakı-2015” Avropa Oyunlarında idmanın atletika növündə üçqat tullanma üzrə yarışlarda Azərbaycanı təmsil edəcək. 17 yaşlı idmançı doğma Vətənimizdə Azərbaycan bayrağını qaldırmaq arzusunda olduğunu və bu arzuya çatmaq üçün əlindən gələni edəcəyini bildirib.
“İdmanda qazandığım uğurlar məni xoşbəxt edir. İdmançı olaraq ən böyük nailiyyətim yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarında bürünc medal qazanmağımdır”.
Babayev hər yarışdan əvvəl gündəlik məşqlərində fiziki, texniki, dözümlülük və mənəvi cəhətdən özünü müxtəlif məşq hərəkətləri ilə həmin yarışa hazırladığını bildirib. “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın atletika növündə 500 idmançı və 15 milli komanda 40 yarışda mübarizə aparacaq.