- Baxış sayı: 13
- 25 Fevral 2026 01:50
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

“Valensiya” argentinalı sağ cinah müdafiəçisi Rentso Saraviyanı heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Oyunçu ağır zədə səbəbindən sıradan çıxan Dimitri Fulkyeni əvəzləmək üçün dəvət edilib. Karyerası ərzində “Portu”, “Rasinq” və “Botafoqo” kimi klublarda oynamış Saraviya həmçinin Argentina millisinin də köynəyini geyinib.