- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Azərbaycan atleti Valentin Xristov aprelin 12-də Tiflisdə ağırlıqqaldırma üzrə Avropa çempionatında uğurla çıxış edərək 62 kiloqram çəki dərəcəsində çempion olub. Allsport.az xəbər verir ki, Xristov qələbə sevincini “Azərtac”la bölüşüb:
“Avropa çempionu olmaq mənim çoxdankı arzum idi. Bu gün Azərbaycan bayrağını qaldırmaqla mən bu arzuma çatdım. Lakin işimiz bununla yekunlaşmır. Bizi qarşıda daha böyük və çətin sınaq gözləyir. Təqribən 6 aydan sonra Hyustonda ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. İndi əsas məqsədimiz həmin çempionatda uğurla çıxış edərək, dünya çempionu adını qazanmaqdır. İnanıram ki, biz buna da nail olacağıq”.
Avropa çempionu məşqçilərinə və onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını bildirib.