Valeriya Məmmədova: Daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq

Qadınlardan ibarət voleybol yığmamızın Qubadakı təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, millimizin təcrübəli liberosu Valeriya Məmmədova hazırlıqla bağlı fikrini bölüşüb:

“Məşqlərimiz əla keçir. Gündə 3 dəfə məşq keçirik, daha çox fiziki göstəricilərimizi yaxşılaşdırmağa çalışırıq. Üstünlük buna verilir. Ancaq gündə bir dəfə topla da hazırlıq keçirik.

Təbii ki, hər zaman hazırlıq prosesinə başlamaq çətin olur. Amma bu il ərzində biz artıq iki böyük turnirdə çıxış etmişik. Bu amil bizə kömək edir. Komandada ab-hava yüksək səviyyədədir”.

Həmin kateqoriyadan