- Baxış sayı: 17
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 111
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov premyer liqasının yeni mövsümündə oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.
Allsport.az saytı xəbər verir ki, o, PFL-i və hakimləri təbrik edərək uğurlar arzulayıb, premyer liqa və ölkə kuboku uğrunda keçiriləcək oyunların keyfiyyəti baxımından məşqçilər və futbolçularla yanaşı, ədalət təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Ötən mövsüm qeydə alınan müəyyən səhvləri xatırladan icraçı vitse-prezident hakimlərə daha səylə hazırlaşmağı, daha diqqətli olmağı tövsiyə edib. Görüş zamanı Elxan Məmmədov “Peşəkar hakim” və VAR sistemləri haqqında məlumat verib.
Deyib ki, VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq: “Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər”.