“Vaşinqton” onu yad etdi

“Vaşinqton Kapitals”, kapitan Aleksandr Oveçkinin qolçuluq bacarığının ildönümünü yad edib. Allsport.az saytı xəbər verir ki, rusiyalı buzüstü hokkeyçi NHL-in müntəzəm mövsümündə “Aylenders”ə qarşı 895-ci qolunu vuraraq, Ueyn Qretzkinin rekordunu qırıb.

“Təqibin bitməsindən bir il keçib”, klubun mətbuat xidməti tarixi oyundan əvvəl, oyun zamanı və oyundan sonrakı görüntüləri əks etdirən video yayımlayaraq yazıb.

Bu mövsüm 78 oyunda 40 yaşlı hücumçunun aktivində 61 xalı var (31 qol, 30 məhsuldar ötürmə).

Həmin kateqoriyadan