- Baxış sayı: 92
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Ferrari”nin rəhbərliyi komandanın Formula-1 bölməsinin rəhbəri Frederik Vassörə tamamilə güvənir.
Allsport.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.
“Ferrari”nin Vassörə inamı bu yaxınlarda onunla müqavilənin uzadılması ilə bir daha təsdiqlənib. Həmçinin, 2025-ci il mövsümündəki zəif nəticələrə baxmayaraq, Frederik İtaliya kollektivinin ən yüksək rəhbərliyindən tam dəstək və yardım alıb.
Məlumata görə, Vassör üçün əsas sınaq 2026-cı ildə, “kral yarışları”nda yeni texniki reqlamentin qüvvəyə minəcəyi zaman olacaq. Bu, “Ferrari”nin rəhbərliyinin ondan gözləntilərinin ən yüksək olduğu dövrdür.