- Baxış sayı: 32
- 03 Fevral 2026 23:41
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Azərbaycan badmintonçuları Venesuelada keçirilən “Future” seriyalı beynəlxalq turnirdə iki kateqoriya üzrə gümüş medal qazanıblar.
Allsport.az xəbər verir ki, Ülvi Hüseynov kişilərin şəxsi yarışında Venesuela, Braziliya və Meksika təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada İngiltərə badmintonçusuna uduzaraq turniri gümüş medalla bitirib.
Qarışıq qoşa kateqoriyasında Venesuela və Meksikadan olan rəqiblərinə qalib gələrək finala yüksələn Ülvi Hüseynov – Leyla Camalzadə tandemi isə həlledici görüşdə məğlub olub. Meksikalı rəqiblərinə uduzan badmintonçularımız qarışıq qoşa kateqoriyasında gümüş medal qazanıb.
Azərbaycan badmintonçuları daha öncə Venesuelada keçirilən açıq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanmışdı.