- Baxış sayı: 125
- 13 Mart 2025 10:12
- Baxış sayı: 344
- Aprel 22, 2025
- 0
Dekabrın 15-də gənclər və idman nazirliyinidə Azərbaycan atıcılıq federasiyasının hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, AAF-in baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Daxili işlər naziri Vilayət Eyvazov AAF-a yeni prezidenti seçilib.
Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftəhəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.