- Baxış sayı: 73
- 14 Dekabr 2025 20:11
- Baxış sayı: 82
- Dekabr 18, 2025
- 0

Dekabrın 18-də Azərbaycan atıcılıq federasiyasının ümumi yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edən naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiqləndikdən sonra federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb.
Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il dünya çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
Sonra nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Daxili işlər naziri Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən AAF-a prezidenti seçilib. İsmət Əliyev, Zemfira Meftəhəddinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yeni seçilən heyətə uğurlar arzulayıb.
Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.