Vinisius bu komandaları fərqləndirdi

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior DÇ-2026 öncəsi ən güclü milli komandaların adlarını açıqlayıb.

Allsport.az xəbər verir ki, o, “Madrid Xtra”ya verdiyi müsahibədə favoritlərini belə sıralayıb:

“Dünya çempionatı öncəsi ən yaxşı komandalar? Onlar çoxdur. Mən Portuqaliya, İspaniya, Fransa və Argentinanın oyun üslubunu çox bəyənirəm. Bu dörd komanda hazırda ən yaxşılardır və son dünya çempionatından bəri heyətləri demək olar ki, dəyişməyib.”

2026-cı il dünya çempionatı 11 iyun – 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.

Həmin kateqoriyadan