- Baxış sayı: 37
- 16 Fevral 2026 20:47
- Baxış sayı: 212
- Fevral 16, 2026
- 0

“Real Madrid”in ulduzu Vinisius Junior futbol dünyasındakı dostluqları haqqında danışarkən gözlənilməz bir ismi qeyd edib.
Allsport.az xəbər verir ki, braziliyalı vinger “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai ilə yaxın münasibətdə olduğunu bildirib.
“Futbolda “Real”dan kənar dostlarım varmı? Mən Dominik Soboslai ilə çox ünsiyyətdə oluram, onu gənclik illərindən tanıyıram”.
Vinisius 2018-ci ildən “Real”da çıxış edir və bu mövsüm 34 matçda 10 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Macarıstanlı Soboslai isə 2023-cü ildən “Liverpul”un köynəyini geyinir.