Vinisius satışa çıxarılır

“Real Madrid” qış transfer pəncərəsində futbolçusu Vinisius Junioru sata bilər.

Allsport.az xəbər verir ki, braziliyalı hücumçunun müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Məlumata görə, Madrid təmsilçisinin rəhbərliyi Juniorun müqaviləsinin uzadılması ilə bağlı gedən danışıqlardan narazıdır. Daha əvvəl xəbər verildiyi kimi, cinah oyunçusu maaşının Kilian Mbappenin maaşına uyğun artırılmasını istəyir.

Bu mövsüm Vinisius bütün turnirlərdə 11 oyunda meydana çıxıb, 3 qol vurub və iki məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan