Vinisiusun təşkil etdiyi şənlik asayişi pozub

“Real Madrid”in hücumçusu Vinisius Junior ictimai asayişi pozduğuna görə məhkəmə ilə üzləşib.

Allsport.az xəbər verir ki, iddia 25 yaşlı futbolçunun Braziliyada təşkil etdiyi gecədən sonra verilib.

Polisin verdiyi məlumata görə, yerli sakin hadisədən şikayət edərək bildirib ki, iyulun 19-dan iyulun 21-i səhər saat 4:00-a kimi həddindən artıq yüksək musiqi səslənib.

Şənliyə polis çağırılıb və yüksək səsli musiqi və qışqırıqlarla bağlı qeydlər alınıb.

İşə xüsusi cinayət məhkəməsində baxılır və iclas noyabrın 6-na təyin edilib.

Həmin kateqoriyadan