- Baxış sayı: 27
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qəbələ”yə gəldiyimə görə çox şadam. İnanıram ki, yeni komandamda inkişaf edəcək və onun hədəflərinə çatmasında yardımçı olacağam. “Qəbələ” gələcək üçün böyük planları olan, yaxşı təşkilatlanmış komandadır. Mən də bir futbolçu kimi yerimdə saymağı xoşlamıram. Birlikdə uğurlar qazanacağımıza inamım böyükdür”.
Allsport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni futbolçusu Vitali Vernidub klub saytına açıqlamasında deyib. Ukraynalı müdafiəçi “qırmızı-qaralar”ı seçməsində baş məşqçi Roman Qriqorçukun böyük rol oynadığını bildirib. Vernidub qarşıda “Qəbələ”ni gözləyən Avroliqa sınağı barədə fikirlərini də açıqlayıb:
“Qəbələnin kiçik, amma çox gözəl şəhər olduğunu bilirəm. Orda hər cür şəraitə malik bazanın yaradıldığından xəbərdaram. “Qəbələ”ni seçməkdə baş məşqçi Roman Qriqorçukun böyük rolu oldu. Daha öncə Zaparojye “Metallurq”unda yollarımız kəsişmişdi. Bir müddət onun rəhbərliyi altında çıxış etmişəm və onun bir məşqçi kimi gücünə bələdəm. Komandada ukraynalı futbolçuların da olması kollektivə tez uyğunlaşmağıma yardımçı olacaq. Qarşıda bizi Avropa Liqası sınağı gözləyir. Söhbət Avropa miqyaslı turnirdən gedirsə, deməli oyunlar çox məsuliyyətli və çətin olacaq. Bunu kollektiv olaraq yaxşı başa düşürük. Gücümüzü bir yerə qoyub səylə məşq edirik ki, sözügedən turnirdə mümkün qədər irəli gedək. Azarkeşlərimizin də bu yolda bizə dəstək olacağına inanıram”.