Vitor yalnız “Barselona”da oynamaq istəyir

“Atletiko Paranaense”nin 18 yaşlı Braziliyalı hücumçusu Vitor Roque “Barselona”dan başqa heç bir Avropa komandasına keçmək niyyətində deyil.

Allsport.az xəbr verir ki, bu barədə futbolçunun atası öz sosial şəbəkə hesablarında yazıb.

Vitor bu mövsüm “Atletiko Paranaense”ni heyətində 14 görüşdə iştirak edib. Bu görüşdə 6 qol vurub və 2 ötürmə edib.

Futbolçunun atası Guvenal Ferreira yazda Avropanın aparıcı klublarının bazalarına gedərək, oğlunun bu komandalara mümkün transferi ilə bağlı müzakirələr aparıb.

Həmin kateqoriyadan