- Baxış sayı: 202
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 90
- Dekabr 05, 2025
- 0

Avropa voleybol konfederasiyası (CEV) tərəfindən Azərbaycan voleybol federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Allsport.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında çempionlar liqasının təsnifat mərhələsinin IV raundunda “E” qrupunun “C.S.O. voluntari 2005” (ROU) və “BKS bostik ZGO Bielsko-Biala” (POL) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
13 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanjic və belçikalı Koen Lutsdur.