- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Mayın 11-də Bakı-2017-də voleybol yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, “Büllur saray”da kişilərin yarışında 10 komanda 2 qrupda, qadınlar 4 kollektiv dairəvi sistem üzrə qələbə uğrunda mübarizə aparırlar.
Xanımlarda millimiz Qırğızıstan yığması məyus edib – 3:0 (25:7, 25:3 və 25:8). Türkiyə millisi isə Tacikistan voleybolçularını üstələyib – 3:0 (25:8, 25:6 və 25:7).
Kişilərdə “A” qrupunda ilk görüş Türkiyə və Türkmənistan komandaları arasında oynanılıb. Bu dəfə də matç qardaş ölkənin komandasının xeyrinə başa çatıb – 3:0 (25:16, 25:14 və 25:22).
Günün sonuncu oyununda Azərbaycan millisi Pakistan yığması ilə üz-üzə gəlib. Gərgin rəqabətdə ev sahibələri sevimiblər – 3:0 (25:22, 25:18 və 25:21) hesabı ilə məğlub edib.