- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.
Allsport.az xəbər verir ki, GİN-nin voleybol mərkəzində təşkil olunan ilk qarşılaşma A qrupunda yer alan “Azərreyl” və “Neftçi” komandaları arasında olub. Oyuna daha yaxşı başlayan “Azərreyl” klubu üstünlüyünü sonadək qoruyaraq 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana “B” qrupunda mübarizə aparan MOİK və “Murov Az terminal” komandaları çıxıblar. Qrup mərhələsinin son qarşılaşmasında da qalib 3 setdə müəyyən olunub. Bu görüşdə “Murov Az terminal” 3:0 hesablı qələbəni bayram edib.
Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, “A” qrupunda “Azərreyl” 6 xalla birinci, “Neftçi” 3 xalla ikinci olub. B qrupunda isə “Xilasedici” 6 xalla qrup lideri, “Murov Az terminal” isə 3 xalla ikinci olaraq yarımfinala yüksəliblər.
Noyabrın 2-də baş tutacaq yarımfinal oyunlarında “Azərreyl” – “Murov Az terminal” ilə, “Xilasedici” isə “Neftçi” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
Kişilər
31 oktyabr
“A” qrupu
“Azərreyl” – “Neftçi” 3:0 (25:20, 25:20, 25:23)
“B” qrupu
MOİK – “Murov Az terminal” 0:3 (13:25, 16:25, 10:25)