Volkovun 100-cü oyunu

Azərbaycan premyer liqasının XXI turunun “Turan Tovuz”la oyunu Davit Volkov üçün yubiley xarakteri daşıyıb.

Allsport.az xəbər verir kİ, o, “Zirə”nin heyətində 100-cü çempionat matçını keçirib.

Gürcüstanlı hücumçu bu qarşılaşmalarda 36 qol vurub. Davit premyer liqada “Zirə” köynəyi ilə ilk oyununu 2020-ci il fevralın 1-də “Sabah”a qarşı (2:0) keçirib.

Volkov turnirdə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Həmin kateqoriyadan