- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti matçına çıxıb.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 14-cü turda səfərdə «Tehed» komandası ilə görüşüb. Oyun 3:0 həmyerlimizin formasını geyindiyi kollektivin xeyrinə bitib.
Hazırda «Smoha» maksimum nəticə ilə yarış cədvəlində liderliyini davam etdirir. Millimizin voleybolçusu bu matçda da forma geyinib və mübarizədə ən yaxşılardan olub. O, 9 xal toplayıb.