- Baxış sayı: 37
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 174
- Fevral 04, 2026
- 0

“Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq mərkəzində növbəti C kateqoriyalı məşqçi kursuna start verilib.
Allsport.az xəbər verir ki, İlham Əzizzadə və Vüqar Əsgərlinin rəhbərliyi ilə keçirilən kurslarda Azərbaycan millisi və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov da iştirak edib.
Kursun birinci mərhələsinə dekabrın 6-da yekun vurulacaq. İkinci mərhələ dekabrın 9-dan 12-dək, yekun mərhələ isə dekabrın 16-dan 20-dək keçiriləcək.