- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kikboks ölkəmizdə ən populyar idman növlərindən biridir. Bu növdə irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Milli komandamız beynəlxalq arenada respublikamızı layiqincə təmsil edirlər”. Allsport.az saytı xəbər verir ki, bu sözü Dünya Kikboksinq Assosiasiyası Təşkilatının (WAKO) prezidenti Roy Beykerin ölkəmizə səfəri çərçivəsində bu gün təşkil olunan mətbuat konfransında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dedi. Dövlət rəsmisi bildirdi ki, kikboksinq üzrə yarışlar təkcə Bakını deyil, regionları da əhatə edir. İdmanın bu növünün ölkəmizdə kütləviləşməsi istiqamətində yerli federasiyası mühüm işlər görür.
Ümumiyyətlə, Azərbaycanda idman siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan prezidenti, milli olimpiya komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurlu davam etdirilir. Respublikamızda təkcə olimpiya deyil, qeyri-olimpiya idman növləri də yüksələn xətlə inkişaf edir. Sevindirici haldır ki, kikboksinq üzrə bizim dünya və Avropa çempionlarımız var. Bütün bunlar AKF-in həyata keçirdiyi uğurlu idman siyasətinin nəticəsidir. Üstəlik, kikboks olimpiya ailəsinə daxil olub. İnanıram ki, burada da uğurlar qazanacaq.
WAKO rəhbərliyinin həmişə ölkəmizə qarşı diqqətli olduqlarını bildirən AKF-in prezidenti Adil Əliyev dedi ki, Azərbaycan kikboksçuları hər zaman öz mövqelərini ortaya qoymağı bacarıblar. Dünya kikboksinq ailəsində idmançılarımızın öz dəsti-xətti var. Təmsilçilərimiz irimiqyaslı yarışlarda uğurla çıxış edərək xalqımızı sevindirirlər. Kikboksinqin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, dövlət tərəfindən diqqət və qayğını həmişə hiss edirik. Əsas məqsədimiz Azərbaycanda idmanın bu növünü daha da inkişaf etdirməkdir. Azərbaycan regionda kikboksinqin inkişafına verdiyi töhfəyə görə mərkəzə çevrilib. Bunu beynəlxalq qurumun nümayəndələri də təsdiqləyirlər.
AKF ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Biz buna qarşıyıq. Dünyanın tanıdığı beynəlxalq yarışlara, WAKO-nun turnirlərinə qatılırıq. Çalışırıq ki, belə saxtakarlıqların qarşısını alaq. Məqsədimiz kütləviyi təmin etməkdir. Federasiyanın nəzdində 100-dən çox klub fəaliyyət göstərir. Peşəkar kikboksçuların yetişməsi üçün məşqçilərimiz səylə çalışırlar”, – deyə Adil Əliyev əlavə etdi.
Azərbaycanda kikboksinq üzrə irimiqyaslı yarışların təşkili üçün geniş imkanların olduğunu deyən WAKO-nun prezidenti Roy Beyker bildirdi ki, 2023-cü və 2024-cü illərdə keçiriləcək çempionatlara ev sahibliyi etmək üçün müvafiq ərizələrin verilməsi davam edir. Bu barədə yekun qərar noyabrda veriləcək. Mən buraya gələndə gördüm ki, idman obyektləri yüksək səviyyədədir. Azərbaycan bu cür yarışları təşkil edə bilər.
“İdmanın bir çox növləri üzrə dırnaqarası federasiyalar mövcuddur. Boks, güləş və digər idman növlərində bunlar var. Kikboksinq sahəsində yeganə qurum WAKO-dur ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Digər qurumlar öz ciblərini güdürlər. Bizim təşkilat demokratiya prinsipləri üzərində qurulub”, – deyə WAKO rəsmisi əlavə etdi.
Azərbaycan kikboks federasiyasının Avropada ən öncüllərdən olduğunu diqqətə çatdıran qonaq söylədi ki, gələn il idmanın bu növündə ən böyük yarış keçiriləcək. Antalyada təşkil olunacaq Avropa çempionatı Azərbaycan idmançıları üçün bir fürsət olacaq. İnanıram ki, onlar özlərini göstərə biləcəklər. Yarışın mükafatçıları 2021-ci ildə keçiriləcək dünya və döyüş oyunlarına vəsiqə qazanacaqlar. Biz kikboksinqin 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa oyunlarının proqramında yer almasını istəyirik və bu istiqamətdə Avropa olimpiya komitəsi ilə danışıqlar aparırıq. Düşünürəm ki, buna nail olacağıq. Mənim işim idmanın bu növünü inkişaf etdirməkdir.
Sonda jurnalistlərin sualları cavablandırıldı.