- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
“Washington Post” qəzetində Bakı 2015 Avropa Oyunlarına həsr edilmiş məqalə dərc olunub. Allsport.az xəbər verir ki, məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələdə olduğu qeyd edilir.
Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fevralın 6-da Bakıda keçirilən mətbuat konfransında söylədiyi fikirlərdən sitat gətirilir: “Biz 6-8 il əvvəl bu oyunların keçirilməsinin uyğunluğunu araşdırmaq üçün icazə alanda çoxları gülürdü və fikirləşirdilər ki, bu, heç zaman baş verməyəcək. Lakin bu gün biz düz yoldayıq”.
Məqalədə Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb. S.Kleq qeyd edir ki, ilk əvvəl Oyunlar haqqında müəyyən skeptisizm mövcud idi: “Lakin biz bütün bu məqamları yoluna qoya bildik. İndi 50-dən artıq Avropa MOK-da bu oyunların keçirilməsi ilə bağlı ümumi entuziazm müşahidə olunur”.
Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun da fikirlərinə istinad edilir: “Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və Azərbaycan tarixə böyük, çoxidmanlı yarışların təşkilatçısı kimi düşəcək”.