WTF reytinqində 2-ci olan Radik İsayev Rio-2016-ya yollanmağa yaxındır

Ümumdünya Taekvondo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın bir üzvü sıralamada mövqeyi yüksəkdir.

Hazırda 327,47 xalı olan 2-ci yerdə olan Radik İsayev (+80 kq), bu göstərici ilə əməli olaraq Rio-2016-ya vəsiqə qazanıb. İlk 2 pilləni Özbəkistan təmsilçilərinin tutduğunu nəzərə alsaq və vəziyyət sonadək belə davam edərsə,yekunda dayanq ustamız 1 sıra da yuxarıda qərarlaşacaq.

WTF-in qaydasına əsasən, taekvondoçular G-1, G-2 və G-4 dərəcəli yarışlarda yığdıqları olimpiya reytinq xallarına görə «dördilliy»ə lisenziyaya yiyələnirlər.

Xatırladaq ki, bu idman növündə kişilərdə 58 kq, 68 kq, 80 kq, +80 kq, qadınlarda 49 kq, 57 kq, 57 kq, +67 kq-lar olimpiya oyunlarına vəsiqə hüququ verir. Hər federasiya olimpiadaya yalnız 2 kişi və 2 qadın idmançı çıxara bilər.

G-1 kateqoriyalı turnirlərdə 6.00, 3.60, 2.16, 1.51; G-1-də 12.00, 7.20, 4.32, 3.02; G-4 yarışlarında ilk 5 yeri tutanlar müvafiq olaraq 24.00, 14.40, 8.64 və 6.05 bal qazanırlar.

Yanvarda İstanbulda keçiriləcək eyni turnirdə 3 idmançımız Rio-2016-ya vəsiqə qazana bilərlər. Bunun üçün dayanq ustalarımız finala qədər irəliləməlidirlər.

Həmin kateqoriyadan