- Baxış sayı: 29
- 15 Aprel 2025 22:05
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Müxtəlif bölgələrdən 100-dən çox atletin iştirak etdiyi stritliftinq və stikkörlinq üzrə Azərbaycan çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki , stritliftinq üzrə Hikmət Balayev (90 kq) mütləq çempion olub. Babək Bağırlı (110 kq) ikinci, Zamin Məmmədov (67,5 kq) üçüncü yeri tutub. Xəqani Abdullayev (82,5 kq) isə 115 kq qaldıraraq Azərbaycan rekordu müəyyənləşdirib. Stikkörlinqdə 67,5 kq çəki dərəcəsində Vadim Zelenov, İntiqam Quliyev və Ayxan Həşimov, 82,5 kq-da Sadiq Musayev, Məhəmməd Yusifov və Məhəmmədəli Tağıyev, 100 kq-da isə Zaur Abbasov, Əli Vəliyev və Pərviz Hüseynov fərqləniblər.
Qaliblər stritliftinq üzrə Niderlandda, stikkörlinq üzrə isə Çexiyada keçiriləcək dünya çempionatlarında ölkəni təmsil edəcəklər.