- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 116
- Dekabr 31, 2025
- 0

“Çelsi”nin baş məşqçisi Enso Mareska İngiltərə premyer liqasının XIX turunda “Bornmut”la heç-heçədən (2:2) sonra keçirilən mətbuat konfransında iştirak edə bilməyib.
Allsport.az xəbər verir ki, buna italiyalı mütəxəssisin səhhətinin qəfil pisləşməsi səbəb olub. Mareskanı tədbirdə köməkçisi Villi Kabalyero əvəz edib.
Kabalyero bildirib ki, baş məşqçi son iki gündür yüksək hərarətlə işləyib: “Enso oyuna hazırlaşmaq üçün xəstə halda məşqlərə rəhbərlik edirdi. Lakin matçdan sonra özünü çox pis hiss etdi və məndən onu əvəzləməyimi xahiş etdi”.
Məşqçinin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.