- Baxış sayı: 267
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Peşəkar kikboksçumuz Xəyal Əhmədov Almaniyanın Boxum şəhərində qarışıq döyüş növləri (MMA) və K1 versiyaları üzrə beynəlxalq turnirin qalib olub. Allsport.az saytının xəbərinə görə, dünya kəmərinin sahibi qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinə həsr etdiyini bildirib. Davamlı dəstəyə görə AKF-in rəhbərliyinə minnətdarlıq edən idmançı deyib:
“Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın uğurları davam edir. Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq, kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi yüksək səviyyədə keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Bu qələbəmi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”.
Qeyd edək ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışa dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb. Həmyerlimiz Boxumun ən böyük arenasında – “RuhrCongress”də təşkil olunan döyüşdə inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Vosnitza üzərində təmiz qələbə qazanıb. Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə turnirdə o, erməni rəqibini nokaut etmişdi.