- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasının «B» qrupunda «Azəryol» rəqib meydanında Rumıniyanın «Şiitinta» klubu ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, «xallı bəbirlər» yeni ildə Çempionlar Liqasının ilk matçında Rumıniyanın “Şiitinta” klubunun qonağı olublar.
Aleksandr Çervyakovun rəhbərlik etdiyi komanda evdə olduğu kimi, səfərdə də üstün oyun nümayiş etdirib. Qarşılaşma «yolçəkənlər»in tam qələbəsi ilə bitib – 3:0 (25:22, 25: 14, 25: 18).
4 matçdan sonra «Azəryol» 8 xalla lider «Fənərbatça»dan 1 xal geri qalır. İstanbul təmsilçisi bir oyun az keçirib.