“Xanımım həmişə qayğı göstərdi və məni qələbələrə ruhlandırdı”

İrlandiyalı məşhur UFC döyüşçüsü Konor Makqreqor öz xanımı haqqında yazıb. Allsport.az saytı xəbər verir ki, o, həyat yoldaşı ilə çox xoşbəxt yaşadığını qeyd edi: “Biz 8 ildir ki birlikdəyik. Əvvəl İrlandiyada, Dublindən 30 mil məsafədə yerləşən işsizlər üçün olan kirayəlik bir mənzildə yaşayırdıq.

Daim məşq etdiyim üçün işləmirdim. Qəhrəman olmaq həmişə arzum olub. O, mənə inanırdı. Pulum az olsa da qidalanmama diqqət yetirmək üçün səy göstərdim və idman qidası və bahalı ərzaq yeməli oldum. Xanımım həmişə qayğı göstərdi və məni qələbələrə ruhlandırdı.

Gərgin bir məşqdən evə gələndə, tükənmiş və yorğun halda olanda belə o, mənə deyirdi: “Bilirəm ki, sən bunu da edə bilərsən və bu, sənə uğur gətircək””.

Həmin kateqoriyadan