- Baxış sayı: 35
- 13 Fevral 2026 10:13
- Baxış sayı: 211
- Fevral 13, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında son ¼ finalçılar müəyyənləşib.
Allsport.az xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abbasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb. Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.
Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.
Sabah Azərbaycan çempionatında ¼ final mərhələsinə start veriləcək.