- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Elxan Məmmədovun mətbuat sözçüsü rəsmi açıqlamadan qaçdı
Ötən ay sportinfo.az-da yerləşdirilən bir video Azərbaycan futbolunu və KİV-ini silkələdi. Allsport.az saytı xəbər verir ki, hadisə 2001-ci iln iyulunda baş verib. UEFA kubokunun ilk görüşündə 1:2 məğlub olan balkanlıları növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə 1:0 hesabı qane edirdi. “Osiek” (Xorvatiya) və “Dinaburq” (Latviya) arasında ayın 28-də keçirilmiş cavab matçını Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadası idarə ediblər. Latviyalılar birinci hissədə qapısında qol görüb. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini Yosip Balatineç qonaqların qapısından keçirib.
Bu hesab “Osiek”i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmiləri 2-ci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif eləyiblər. Bunu videoda Xaqani Məmmədovun özü deyir. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən AFFA Hakimlər Komitəsinin hazırkı sədri 72-ci dəqiqədə, “Dinaburq” sonuncu əvəzləməni edərkən, sevincindən nəzarəti itirib və TV çəkilişin getdiyini unudub. Xülasə, 14 il bundan öncə baş vermiş rüşvət olayı, ölkə futbolunda gərginlik yaradıb, hakimlərə qarşı inamsızlığı artırıb. Vəziyyətin qarışıq olduğunu görən AFFA hadisədən sonra komissiya yaradıb. Amma bu günə kimi bu komissiyadan bir xəbər yoxdur.
Bununla bağlı nə rəsmi bir məlumat, nə də qurumun rəsmi internet səhivəsi affa.az-da xəbər yerləşdirilib. Son durumun öyrənmək üçün «Boz ev»in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. O bizə müsahibə və ya açıqlama verməkdən yayınaraq, sadəcə, komissiyada işin getdiyini dedi. Futbolun normal olduğu ölkələrdə, təşkilatlarda, belə şok hadisələrdən sonra, adı qalmaqalda hallana şəxslər vəzifələrindən müvəqqəti uzaqlaşdırılırlar. Necə ki, biz bunu FİFA və UEFA-dan gördük – rüşvət almaqda günahkar bilinən Zepp Blatter və Mişel Platini prezident postlarından kənarlaşdırıldılar. Baş katib Elxan Məmmədovun söz daşıyanına bunu misal çəkdikdə, o duruxdu, nə söyləyəcəyini bilmədi. Ola bilsin, beynəlxalq qaydalardan xəbəri yoxdur. Necə olsa da, Mikayıl Nərimanoğlu Azərbaycan futboluna ictimai-siyasi mətbuatdan kəlib.
Məlum rüşvət qalmaqalından 1 ay 12 gün keçməsinə rəğmən, heç bir rəsmi və qeyri-rəsmi məlumatın yayılmaması, AFFA Hakimlər Komitəsinin sədrinin heç nə olmamış kimi işini davam etdirməsi, müəyyən şübhələrə yol açır. Olmaya, həmin durumda «Boz ev» KİV-i sakitləşdirmək, arxayın salmaq, özünü qanunun keşiyində göstərmək və gözdən pərdə asmar üçün bu komissiyanı yaradıb? İndiyədək səssizliyin olması bunu ehtimal edir. Dekabr ayı başa çatır. Çox güman, sözü gedən biabırçı və cinayət hadisəsi 2015-ci ili sükut və cəzasızlıqla ötüşdürəcək. Ümid qaldı, Meymun ilinə. Gələn il də başımızı aşağı bulayıb, hər şeyi belə yola versək, onda vay halımıza. Belə çıxır ki, bu tip olaylarla tez-tez qarşılaşacağıq? Təbii, əgər bundan xəbər tutsaq.