- Baxış sayı: 148
- 02 Fevral 2026 12:54
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Ukraynanın əfsanəvi qılıncoynadanı, ikiqat olimpiya çempionu Olqa Xarlan ana olmağa hazırlaşır. Allsport.az xəbər verir ki, 35 yaşlı idmançı xoş xəbəri sosial şəbəkə hesabında paylaşdığı video ilə elan edərək, həyatının “ən yaxşı fəslinin” başladığını bildirib.
Xarlan 2019-cu ildən bəri italiyalı qılıncoynadan, olimpiya oyunlarının çoxqat mükafatçısı Luici Samele ilə münasibətdədir. Cütlük 2024-cü ilin sentyabrında nişanlandığını açıqlamışdı.
Olqa Xarlan Ukrayna idman tarixinə 5 ardıcıl olimpiadada (Pekin-2008, London-2012, Rio-2016, Tokiyo-2020, Paris-2024) iştirak edərək 6 medal qazanan ən titullu idmançı kimi düşüb. Onun aktivində 2 qızıl, 1 gümüş və 3 bürünc olimpiya medalı var.