- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Xarici işlər naziri Ceyhun Bayramov çempionlar liqasının V turunda “Napoli” – “Qarabağ” matçını stadiondan izləyib. Allsport.az saytı xəbər verir ki, o, görüş başa çatdıqdan sonra klubumuzun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Söhbət zamanı komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.
Qeyd edib ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.
Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.