Xizək yarışına yekun vurulub

Fevralın 1-də qış idman növləri federasiyasının dəstəyi və “Şahdağ” turizm mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev kuboku keçirilib.

Allsport.az xəbər verir ki, turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45,46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi “Gigant Slalom” növü üzrə yarışıblar.

Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1 ci, rusiyalı xizəkçi Kristina Stepanova 2 ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızade 1 ci, Arif Aşurbəyov 2 ci, Ferid Eliyev isə 3-cü yerə sahib olublar.

23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb.2-ci və 3-cü yerləri isə Günay Abdullayeva və Yelena Dubensova bölüşüblər. Oğlanların eyni adlı kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemət Bağisov 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.

Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağizade 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.

57+ kişilərin yaş kateqoriyasında
Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2 ci,
Fizuddin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.

Həmin kateqoriyadan