- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Kikboksinq federasiyasının idarə heyətinin sədri Adil Əliyev, Ümumdünya kikboksinq təşkilatları assosiasiyasının prezidenti Roy Beykerə müraciət edib. Allsport.az saytı xəbər verir ki, məktubunda xalqımıza qarşı törədilən Xocalı soyqırımı ilə bağlı geniş bilgi verilib.
Günahsız həmvətənlərimizin qəddarcasına öldürülməsi, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətinə hələ də beynəlxalq ictimaiyyətin ədalətli qərar qəbul etməməsi diqqətə çatdırılıb.
Adil Əliyev müraciət məktubunda soyqırımı qurbanlarının əziz xatirəsinin WAKO ofisində yad edilməsini, digər ölkələrdə olan idman federasiyalarına bu barədə məlumatların çatdırılmasını xahiş edib.