- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Niderland millisinin sabiq oyunçusu Uesli Sneyder “Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamalın Lionel Messi kimi klub əfsanəsi olub-olmayacağı barədə danışıb.
Allsport.az xəbər verir ki, o, açıqlamasında bunu deyib:
“Lamin Yamal artıq yeni Messidir. Klub heç vaxt onu buraxmayacaq və düşünürəm ki, bu oğlan özü də getmək istəməyəcək. O, uşaqlığından bəri oradadır və əsas heyətin oyunçusu kimi artıq çox şeyə nail olub. O, çox pul qazanıb. Yamal komandanın böyük ulduzudur. Niyə İngiltərəyə, Almaniyaya və ya başqa yerə getməlidir? Bu, mənasızdır.
Bəlkə Messinin etdiyi kimi, nəsə yeni bir şey sınamaq üçün daha sonra gedər, amma indi 2025-ci ildir. Əgər 10 ildən sonra bu söhbətə yenidən başlasaq, Lamin Yamal hələ də “Barselona”da olacaq. Yamal Messinin səviyyəsinə çata bilərmi, ya da onu üstələyib daha yaxşı ola bilərmi? Bu, mümkündür. Futbolçular hər il inkişaf edirlər, amma o, artıq bu qədər yüksək səviyyədədir.”