- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Barselona”nın tibb heyəti Lamin Yamalı çempionlar liqasının 5-ci turunda “Çelsi” ilə oyuna hazırlamaq üçün çox çalışır.
Allsport.az xəbər verir ki, 18 yaşlı ispaniyalı qasıq ağrısı səbəbindən milli komandasının son oyunlarını buraxıb.
“Mundo Deportivo”nun məlumatına görə, 10 noyabrda Yamal üzərində aparılan invaziv radiotezlik terapiyasından sonra oyunçuya üç günlük istirahət verilib. Daha sonra o, ötən cümə axşamı klubun iki fizioterapevti ilə ixtisaslaşmış reabilitasiya proqramına başlayıb. Bundan əlavə, Lamin çərşənbə günü “Barselona”nın tam heyəti ilə qismən məşq edib.
Yamalın hətta 22 noyabrda “Atletik Bilbao”ya qarşı bir neçə dəqiqə oynaya biləcəyi bildirilir.
“Çelsi”-“Barselona” matçı 25 noyabrda Londonda keçiriləcək.