Yamal ÇL oyununu buraxacaq

“Barselona”nın hücumçusu Lamin Yamal çempionlar liqasının “Nyukasl”la matçında oynamayacaq.

Allsport.az xəbər verir ki, 18 yaşlı futbolçu İspaniya millisinin düşərgəsində aldığı zədə səbəbindən tam məşq edə bilmir. O, Bolqarıstanla dünya çempionatının seçmə mərhələsi oyunundan sonra belində narahatlıq hiss edir. İspaniya millisi sentyabrın 4-də Bolqarıstanı (3:0), sentyabrın 7-də isə Türkiyəni darmadağın edib (6:0). Yamal bu matçlarda 3 məhsuldar ötürmə edib.

“Nyukasl” – “Barselona” oyunu sentyabrın 18-də keçiriləcək.

Həmin kateqoriyadan